Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaşlı qadının 68 manatına göz dikdi - Bakıda biabırçı cinayət
Tarix: 18-07-2018 | Saat: 13:22
Bölmə:Karusel / Hadisə | çapa göndər


Paytaxtın Nizami rayonunda ahıl yaşlı qadına qarşı soyğunçuluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, bu barədə zərərçəkən DİN-in"102" Zəng Mərkəzinə məlumat verib. Zərərçəkən izahatında R.Rüstəmov küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq etdiyini və əlindəki içərisində 68 manat və bir ədəd mobil telefonu olan çantasını götürərək hadisə yerindən qaçdığını bildirib.
Məlumat ərazi üzrə Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinə daxil olan kimi dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.
Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Cəbrayıl rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Hacıyev Qabil Əleyman oğlu saxlanılıb. Saxlanılan şəxs ifadəsində törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin başqa cinayətlərdə iştirak etdiyini də istisna etmirlər. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin "102" Zəng Mərkəzinə və ya 25-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Milli.Az


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___