Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO
Tarix: 18-07-2018 | Saat: 12:54
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Antalyada kobranın sancdığı cənubi azərbaycanlı sehbraz Arif Qafariyə müalicə müddətində 24 şüşə zərdab veriləcək.
Xeberaz.az bildirir ki, bu barədə sehbrazın meneceri sosial media hesabında məlumat verib.
Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə müalicə üçün Misirə aparılan Arifin bədəninin bəzi hissələrində iflic əmələ gəlib.
Misirdəki Qahirə Universitetinin nəzdində fəaliyyət göstərən "Qəsr Əl Eyni Hospital"da müalicəsi davam edən Arifə 24 şüşə zərdab verilməsinin səbəbi isə bədənindəki zəhərin çox olması ilə əlaqədardır.
Belə ki, kobra sancmalarında, adətən, 15 şüşə zərdabdan istifadə olunur.
"İndiyədək altı şüşə zərdabdan istifadə olunub. Həkimlər bildirir ki, onun yaşaması möcüzədir. Çünki kobra sancmalarında ilk altı saatda tibbi müdaxilə etmək lazımdır. Bədəninin bəzi hissələrindəki iflicin isə müalicənin sonunda keçəcəyinə ümid edirik", - sehbrazın meneceri bildirib.
Xəbəri paylaş
7518 dəfə oxunub.
Digər xəbərlər

27-03-2017, 13:57
Azərbaycan – Almaniya: kim necə oynadı?
16-11-2015, 13:38
Elektrovoz ana-balanı vurub
30-08-2016, 21:19
İraqdan gələn turistlərlə bağlı narazılıq var
22-12-2015, 20:53
Bacısı azərbaycanlı müğənninin bek vokalı oldu - FOTO - VİDEO
17-03-2016, 15:25
Toyda faciə: "Ərə getmirəm!" deyən qızı güllələdilər - FOTO
22-08-2016, 10:36
Bakı sakininin barmağında üzük qaldı, FHN-i çağırdı
13-09-2020, 05:08
Səhər yeməyinin faydaları nələrdir?
12-10-2016, 17:57
Qərb bizi şantaj edir, amma... - Putin
11-07-2023, 11:43
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
17-10-2016, 11:18
Daha bir əməkdaş ANS-dən getdi – Lider TV-yə