Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daha bir erməni təxribatının qarşısı alındı - XİN
Tarix: 25-06-2018 | Saat: 16:52
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər


Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mobil operatoru “Etisalat” Azərbaycanın işğal atındakı ərazilərində qanunsuz fəaliyyət göstərən mobil operatorla rouminq razılaşmasını ləğv edib.

Bunu "Xəbəraz.az "-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Onun sözlərinə görə, bu, Azərbaycanın BƏƏ-dəki səfirliyinin gördüyü tədirlər nəticəsində mümkün olub: "Ermənistan Beynəlxalq Telekommukasiya İttifaqının təlimat və qaydalarına zidd olaraq, onun üçün ayrılmış +374 beynəlxalq kodunu Azərbaycanın işğal olunmuş ərazilərinə də şamil edir və bununla Azərbaycanın radio-telekommunikasiya məkanına, radio tezliklərinə qanunsuz müdaxilə edir. Həmçinin, Beynəlxalq Telekommunikasiya İttifaqı ölkələr üzrə mobil kodlar (MCC) və mobil şəbəkə kodlarının (MNC) ayrılmasına məsul olduğu halda, “Karabakh Telecom” BTİ-nin E.212 saylı təlimatını pozaraq, “283” ölkə üzrə mobil kodunu və “04” mobil şəbəkə kodunu Azərbaycanın işğal olunmuş ərazilərində tətbiq edir".
"Hazırda Ermənistanda aparılan korrupsiya tərkibli cinayət işlərində “Karabakh Telecom” şirkətinin də adı hallanır. Beynəlxalq hüququn norma və prinsiplərini, Beynəlxalq Telekommunikasiya İttifaqının təlimat və qaydalarını, həmçinin korporativ biznes etikası qaydalarını əsas tutaraq, ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərən “Karabakh Telecom” şirkətinin digər beynəlxalq mobil operatorlarla rominq əməkdaşlığı bundan sonra da dayandırılacaqdır, - H.Hacıyev qeyd edib.


Xəbəri paylaş

7258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___