Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics
Lerikdə tükürpədən olay - Məmur qohumu 7-ci sinif şagirdini zorlayıb?
Tarix: 20-06-2018, 17:48 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Gündəm / Hadisə | çapa göndər


Dünəndən sosial şəbəkələrdə Lerikdə 7-ci sinif şagirdinin zorlandığı barədə məlumat yayılıb. "Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilovun sözlərinə görə, "Azərişıq"ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovun qardaşı oğlu Elnur Məmmədov Lerikdə məktəbli bir qızı zorlayıb və bunu telefonuna çəkib.

R. Cəlilov qızın 4 aylıq hamilə olduğunu qeyd edib.

Xəbəraz.Az-un məlumatına görə, qafqazinfo məsələylə bağlı "Azərişıq”ın Lənkəran regional idarəsinin sədr müavini Aydın Məmmədovla əlaqə saxlayıb. Sədr müavini bildirib ki, söylənilənlər ona qarşı qurulmuş bir təxribatdır:

"Bu xəbəri yayanları məhkəməyə verirəm. Tamam böhtandır. Sübut olunmadığı təqdirdə cinayət işi açdıracam. Bu üsullarla məni şantaj edirlər. Mən Cəlilabad rayon Elektrik Paylayıcı Şəbəkəsinə rəisi idim. Bu kampaniya o zaman da davam edirdi. Mən həmin jurnalisti məhkəməyə verdim, cinayət işi açıldı və  2 il 6 ay da həbs verildi. İndi də bu məsələylə bağlı o qəzeti məhkəməyə verirəm. Qoy gəlsinlər, sübut etsinlər". 

Hadisə ilə bağlı sosial şəbəkələrdə #lerikdәtәcavüzәsusma aksiyası başladılıb. Yüzlərlə insanın qoşulduğu aksiyada uşaqlara qarşı zorakılıq, təcavüz halları qınanılır.

Xəbəri ilk yayan Rafiq Cəlilov bildirib ki, zorlandığı deyilən qızın ailəsi artıq Leriki tərk edib: "Aydın Məmmədov isə dünən həmin qızı evinə aparıb və hər kəsə "gəlinimdir” deyib. Əgər bu hadisə olmayıbsa, onda niyə qızı tələsik evinə aparıb? Dünən mənə Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da zəng edib məsələni araşdırdıqlarını dedi”. Lerik rayon Mərkəzi Xəstəxanasından isə bildirilib ki, yetkinlik yaşına çatmayan qızın hamilə qalması ilə bağlı onlara hər hansı bir müraciət daxil olmayıb.

Prokurorluqdan isə cinayət işi açılmadığı bildirilib: "Rəsmi olaraq şikayət yoxdur, sadəcə ümumi məlumatlar var. Hələ ki, fakt təsdiqini tapmayıb”.

Zorlandığı deyilən 13 yaşlı qız S.-in təhsil aldığı Lerik rayon tam orta internat məktəbinin direktoru Asəf Bədəlov bildirib ki, hadisə ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılır: "Bu cinayət işidir, xahiş edirəm onlarla əlaqə saxlayın. Qız daim dərslərinə gəlirdi, son günə qədər də gəlib”.

A.Bədəlov yetkinlik yaşına çatmayan qızın səhhətində hər hansı bir dəyişiklik olub-olmaması ilə bağlı sualı eşidən kimi telefonu söndürüb. Daha sonra isə zənglərə cavab verməyib.

Əldə olunan məlumata görə, ailənin 4 uşağının hər biri həmin internat məktəbində təhsil alır.


6368 dəfə oxunub.
<>
Hər növ keyfiyyətli elektronik avadanlıqların yalnız bircə ünvanı Ağa Electronics.Qulaqcıqlar,Mauslar,Music Playerlər,Poverbanklar, Action və Obyekt kameraları daha nələr-nələr.Keyfiyyətli bütün malları Ağa Electronicsdən əldə edə bilərsiniz! Ünvan: 28 may küçəsi 78b Əlaqə: (+99455)9700007 @aga.electronics @aga.electronics @aga.electronics
Əlaqə üçün: (+99455)9700007 (WhatsApp) ➡@aga.electronics

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
47-20+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___