Ramil Usubov müğənninin videosuna görə iki polis zabitini CƏZALANDIRDI
Tarix: 14-06-2018 | Saat: 18:29
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Aktual | çapa göndər
Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.
"Xəbəraz.az "-ıın lent.az-a istinadən məlumatına görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.
Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.
Xəbəri paylaş
2 0848 dəfə oxunub.
Digər xəbərlər

20-06-2017, 13:09
Nazirdən pensiyaçılara ŞAD XƏBƏR
7-01-2022, 11:40
Azərbaycanda ŞOK: evdən 3 nəfərin meyiti tapıldı
13-01-2022, 10:35
Türkan sırğasının qiyməti ilə gündəmdə - Bella ilə eyni... - FOTO
24-01-2017, 23:32
Sürücünün ağlamasını videoya çəkən polis işdən çıxarıldı
23-01-2017, 17:13
Şəmkirdə yol polisi sürücülərə “qan” uddurur – ŞİKAYƏT
12-04-2015, 14:06
“DATA-mərkəzdə quraşdırılan serverlər internet xidmətlərinin ucuzlaşmasına xidmət edəcək”.
24-07-2015, 18:33
Azərbaycan tankları cəbhə istiqamətinə hərəkət edir – VİDEO
26-06-2018, 15:59
İlham Əliyev Hulusi Akarla görüşdü
17-04-2017, 14:34
Ruslardan dünyanı silkələyəcək yeni silah: TƏKCƏ SƏSİ İLƏ...
24-07-2016, 12:56
Bu da Günay İbrahimlinin sevgilisi - foto