Heydər Əliyev Fondu Qarabağ əlillərini protezlə təmin etdi-Foto
Tarix: 25-05-2018 | Saat: 10:52
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Heydər Əliyev Fondunun dəstəyi ilə daha bir qrup Qarabağ müharibəsi əlili yüksək texnologiyalı protezlərlə təmin olunub.
Fonda müraciət etmiş keçmiş əsgər və zabitlər ilk növbədə müayinə olunub, hər birinin fərdi xüsusiyyətləri, aktivlik dərəcələri, həyat tərzləri və əmək məşğuliyyətləri nəzərə alınaraq onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər seçilib.
Qarabağ müharibəsi əlillərindən 6 nəfər “Harmony P3” aktiv vakuum sistemli protezlə, 1 nəfər “Hybrid” mikroprosessor idarəetmə sistemli transfemoral protezlə, 3 nəfər isə “BeBionic 3” əl protezi ilə təmin edilib. Bu protezlər amputasiya olunmuş hissə ilə hərəki uyğunluğu təmin edən texniki imkanlara malikdir. İstifadəçi protezi amputasiya olunmuş hissənin davamı kimi hiss edir və daha rahat hərəkət edir.
Yüksək texnologiyalı protezlərlə təmin olunmuş Qarabağ müharibəsi əlilləri artıq aktiv həyata geri dönərək əmək fəaliyyətini davam etdirir, bəziləri isə paralimpiya idman növləri ilə məşğul olur.
Xatırladaq ki, 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, “2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi də həyata keçirilib. 2016-cı il aprel döyüşləri zamanı yaralanmış və protezləşməyə ehtiyacı olan hər bir əsgər və zabit layihə çərçivəsində yüksək texnologiyalı protezlərlə təmin edilib.
Xəbəri paylaş
1 1798 dəfə oxunub.
Digər xəbərlər

20-04-2019, 15:49
Azərbaycanda doğuş zamanı daha bir KÖRPƏ ÖLÜMÜ
16-12-2019, 21:06
Leyla Əliyeva abadlaşdırılan növbəti həyətin açılışında - FOTOLAR
18-04-2015, 01:20
Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı - YENİLƏNİB + FOTO
27-04-2021, 02:05
Deputatın anasının məzarından 2 500 manatlıq çələng oğurlandı
26-07-2015, 12:41
Kəlbəcərli Qiyas dağlar oğlu (VİDEO)
3-01-2018, 12:45
"Bəziləri kimi 6 aylıq evlənə bilmərəm" - Tolikdən atmaca
1-09-2021, 17:09
Yasamal icra hakimiyyəti Mikayıl Müşfiqin abidəsini “EveRest” restoranına “satdı”?!
28-12-2015, 16:52
“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
6-01-2018, 13:07
Goranboyda marketə hücum- 1 ölü, 4 yaralı - TƏFƏRRÜAT