Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı – VACİB YENİLİK
Tarix: 24-05-2018 | Saat: 20:34
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilir.
Xəbəraz.Az-ın apa-ya istinadən məlumatına görə, qanuna əlavə və dəyişiklik Azərbaycan prezidenti tərəfindən irəli sürülüb.
Layihəyə əsasən, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə hüququ) maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, “A”, “B” və “C” kateqoriyaları ilə yanaşı “B1” və “C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.
4-cü bəndə edilən əlavəyə görə, “BE” kateqoriyası ilə yanaşı “C1E” altkateqoriyası müəyyənləşdirilir və 19 yaşdan etibarən istifadə hüququ verilir.
6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə “D” kateqoriyası ilə yanaşı “D1” altkateqoriyası müəyyənləşdirilir və 23 yaşdan etibarən istifadə hüququ verilir.
Layihəyə görə “D1E” altkateqoriyası da müəyyənləşir və 25 yaşdan 65 yaşadək sürücülük hüququ verilir. Eyni zamanda bu altkateqoriya “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə 2 ildən az olmamaq şərti ilə verilir.
Maddəyə II-I hissə də əlavə edilir: Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan etibarən əldə edə bilərlər.
Qeyd edək ki, “B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. “C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. “C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, “D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.
Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş
1 0638 dəfə oxunub.
Digər xəbərlər

8-01-2017, 13:56
Toqquşan avtomobillərdən biri aşdı: yaralılar var
2-03-2018, 11:56
Messidən növbəti rekord
26-08-2018, 15:02
Millimizin futbolçusu qələbəni yenə kənardan izlədi
11-08-2015, 00:49
Əli İnsanov 3 gün karsa salınıb
11-10-2017, 18:03
Bayraqla gerbi təhqir edənlərə yeni cəza tətbiq olunacaq
3-11-2021, 12:44
Zəfər Günü münasibətilə 3 mindən çox şəxs azad ediləcək
20-08-2015, 14:54
Diktor Sabir Ələsgərov: "Cavanlara deyirəm ki, öyrənin"
8-12-2016, 15:28
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakının bu yollarında buzlaşma və tıxac var
6-01-2020, 14:17
Raquf Orucovun atası vəfat etdi