Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku
Məhşur kosmetoloq barəsində cinayət işi açılıb
Tarix: 22-05-2018, 10:12 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Hadisə | çapa göndər



Tanınmış kosmetoloq Elnarə Rzayevanın barəsində cinayət işi başlanıb. 

Xəbəraz.az criminal.az-a istinadən xəbər verir ki, o, öz müştərisini döyərək xəsarət yetirməkdə ittiham olunur. 

Belə ki, Elnarə Rzayevanın müştərisi olmuş şikayətçi Validə Firudinova bildirib ki, bu il martın əvvəlində kosmetoloqa müraciət edib, sonda iş polisə qədər uzanıb:

”Bu il martın əvvəlində Elnarə Rzayeva burun kiçilmək üçün endirim kampaniyası keçirirdi. Həmin vaxta qədər onu tanımırdım. Qızım İnstaqramda Elnarəni izləyirdi. Kampaniyada 3-cü yeri tutduq, 30 faiz endirimlə Elnarə Rzayevay müraciət etdik. Burnumu kiçiltmək istəyirdim. 280 manata iynə vurdu və dedi ki, 20 günə burun kiçiləcək. İynə də dəhşət ağrılı idi. 20 gün keçdi, lakin burnum kiçilmədi, əksinə burnumun yuxarı hissəsində əyilmə və göyərmə baş verdi. Elnarə ilə əlaqə saxladıq, burnumun kiçilmədiyini dedik, bildirdi ki, mərkəzə gəlin, sizə sübut edim ki, kiçilib. Xəbərdarlıq da etdi ki, gələrkən səs-küylə gəlməyin. Sən demə, bu adam belə hallarla tez-tez rastlaşırmış. Burnumu iynə vurmamışdan qabaq kobud şəklin çəkmişdi, iynədən sonra isə kənardan çəkib fotoşop etdi. Ordakı işçiləri də çağırıb mənə burnumun kiçildiyinə inandırmağa çalışdı və qəflədən bizə dedi ki, çıxın otaqdan. Mən ondan pulu tələb etdim. Mənə yaxınlaşaraq əyləşdiyim kresloya təpiklə vurdu, stolun üzərindəki stəkan-nəlbəkini yerə çırpdı. Yenidən pulu istəyəndə isə yerdəki qırıq şüşələri götürüb qızımın üstünə atdı. Pis hadisə baş verməsin deyə otaqdan çıxıb polisə şikayətə getmək istəyirdim. Dəhlizlə gedərkən gördüm bizi telefonla çəkir. Mənə dedi ki, sizi çəkib "Youtube"da biabır edəcəm. Əlindən telefonu almaq istəyərkən təpiklə dizimə vurdu, ağrıdan yerə yıxıldım. Elnarə başımın üstündə dayanaraq çəkilişə davam edirdi. Qızım onun əlindən telefonu almaq istəyərkən işçilər də qızımın üstünə düşdü. Düzdü, işçilər vurmadı, sadəcə, elə şərait yaratdılar ki, Elnarə yaxşı döysün. Qızım da onun saçından tutub özünü müdafiə etdi. Qızımın dırnağı kökündən qopdu. Təsəvvür edin, qızım yerdə döyülür, mən kənarda dayanıb baxıram, ağrıdan qalxa bilmirəm. Bayırdan bir taksi sürücüsü içəri daxil olub qızımı onlardan aldı”.



V.Firidunova deyir ki, hüquq-mühafizə orqanı əməkdaşları gəldi, polis bölməsinə aparıldılar:
 
”102-yə yığdıq, polislər gəldi. Elnarə polisə getmirdi. Arxasında kimsə durur, bilmirəm, sevgilisidi kimdi, amma ona arxalanır. Sonda Elnarəni məcburi bölməyə apardılar. Orada da ağzına gələni danışdı. Polis bölməsində ELnarə izahat verib ki, guya bizə pulsuz iynə vurub. Halbuki biz 3-cü yer tutmuşduq, bizə 30 faiz endirim edilmişdi. Sonra birinci yerə çıxan qız bizi tapdı. O da dedi ki, burnumda keçilmə olmayıb. Mən bilsəydim, o, 280 manata görə dava edir, heç getməzdim. Mənim getməkdə məqsədim burnumun kiçilmədiyini ona sübut etmək idi.  Hazırda işimiz Nəsimi rayon Polis İdarəsinə göndərilib. Ordan-burdan da eşidirəm ki, Elnarənin arxasında bir kişi dayanır. Allah onun da bəlasını versin ki, Elnarə bizim kimi adamların başına oyun açır, o da hamını susdurur. Allah onun bəlasın versin”.



”Kimsə ondan səhv tapırsa, o dəqiqə yalandan məlumatlar yayır ki, rəqiblərim öyrədib. Mən onun sahəsində işləmirəm, rəqibim də deyil. Ekspertə getdik, ayağımda yırtıq əmələ gəlmişdi. Dedilər, təcili əməliyyat olunmalıyam. Bildirilir ki, əməliyyat olunmasam, gələcəkdə kəsilə bilər. Məcbur qalıb özəl klinikalardan birində əməliyyat olundum. Bu dəqiqə də həmin xəsarətlərin fəsadın görürəm.  Hadisədən bir müddət sonra qızım sosial şəbəkədə mənim ayaq şəklimi paylaşaraq Elnarə həkimə aldanmamağı məsləhət gördü. Elnarə isə cavab olaraq mənim şəklimi pis hala salaraq paylaşdı və yazdı ki, bu qadın qızlarını Türkiyəyə satıb. Bundan başqa şəklimi paylaşaraq məni narkoman kimi təqdim edir, guya həbsxanadan çıxmışam, insanları aldadıram. Şəklimi də elə hala salıb ki, baxan adam doğurdan da inanar ki, mən narkomanam. Bir sözlə, bu qız qan-qan edir”.



Elnarə Rzayeva isə açıqlamasında bildirb ki, həmin şəxslər keçirdiyi kampaniyada prosedur udmuşdu. Proseduru edəndən sonra şantaj etməyə başlayıblar, hətta mərkəzdə bəzi əşyaları sındırıblar.

Kosmetoloqun sözlərinə görə, həmin şəxslər polisə şikayət ərizəsi veriblər: 

”Araşdırma zamanı pasientlər tərəfindən çəkilmiş video polisə təqdim olunandan sonra onların şikayətinin şər-böhtan olduğu üzə çıxdı. Hal-hazırda məhkəmə iddiası qaldırıram. 100 min manat təzminat tələb edəcəm həmin şəxslərdən. Hazırda qara siyahımda 3 nəfər var. Onlar həm media vasitəsilə, həm də səhifəmdə məndən üzr istəyəcəklər. Öndə olmaq həmişə çətin olur, mən də bunlara hazıram. Bu vaxta kimi ancaq özümü qorumuşam, bundan sonra hücum edəcəm. Hər kəs bir-bir cəzasını çəkəcək”.

Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsindən bildirilib ki, E.Rzayevanın barəsində Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığı az ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.

7068 dəfə oxunub.
ZÖVQLÜ və DƏBLƏ geyinən BƏYLƏR ÜÇÜN Azərbaycanın ən Dəbli Geyim və Ayaqqabılarını Satan Online Satış Portalıyıq. Çatdırılma Gün Ərzində Sizə Münasib Vaxtlarda.. . Ölkə Xariçi Göndəriş Yalnız Bizdə. . Bütün Bölgələrə Çatdirilma 1 Günə. .
Əlaqə üçün: (055)-291-37-73 (WhatsApp) ➡@kisi_ayaqqabilari_baku

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

Anket

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
____ Instagram ___