Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv olunub
Tarix: 17-05-2018 | Saat: 10:32
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu sistemi yenidən aktiv edilib.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, mayın 17-dən iyunun 14-dək aşağıdakı kateqoriyadan olan abituriyentlər üçün elektron ərizə qəbulu sistemi yenidən aktiv edilib:
· Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə keçirilən yaz imtahanında iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər yay imtahanında da iştirak etmək istədikləri halda qeyd olunan tarixlərdə qeydiyyatdan keçməlidirlər.
· Təsdiq olunmuş elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV, V ixtisas qruplarına və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) aid üç bənddən birini və ya ikisini seçən abituriyentlərə digər bənd(lər)i də seçməyə icazə verilir.
· 29 mart – 30 aprel tarixlərində elektron ərizə qəbulunda iştirak etməyən abituriyentlər isə (həm cari, həm də əvvəlki illərin məzunları) ərizələrini doldurub təsdiq etməklə (və ya DİM və onun regional bölmələrində yaradılacaq SQK-da təsdiq etdirməklə) ali təhsil müəssisələrinin I-IV (yalnız ikinci imtahanda iştirak etmək şərtilə), V ixtisas qrupları və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) ərizə təqdim edə bilərlər. Bu kateqoriyadan olan rus bölməsinin abituriyentləri isə mayın 29-dək elektron ərizələrini təsdiq etməlidirlər ki, 10 iyun tarixində keçiriləcək Azərbaycan dili fənni üzrə imtahanda iştirak edə bilsinlər.
· 22 aprel 2018-ci il tarixində rus bölməsi abituriyentləri üçün keçirilmiş “Azərbaycan dili” fənni imtahanında "qeyri-məqbul" qiymət alan və ya iştirak etməyən abituriyentlər də ikinci imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrini 11-30 aprel tarixlərində təsdiq edən rus bölməsinin abituriyentləri isə “Azərbaycan dili” fənni imtahanına birbaşa olaraq qeydiyyatdan keçmiş hesab olunur və onlar ikinci imtahanda iştirak edəcəklər.
Xəbəri paylaş
8718 dəfə oxunub.
Digər xəbərlər

19-04-2015, 01:15
Namazını Vaxtında qılmasan, Bax belə olar
4-05-2015, 12:10
Prokuror: Arsen Baqdasaryanın 18 il müddətinə
15-12-2017, 10:07
Heç kəs bunu gözləmirdi: məşhur cütlük sevgilidir
21-05-2016, 15:07
"Azərbaycanda məişət tullantılarının 75 faizi təkrar emala yararlıdır" - ABŞ Səfirliyi
21-05-2019, 18:37
Günay Musayeva biznesmen sevgilisini bıçaqlayıb
26-05-2020, 19:05
"Azərişığ"ın üç əməkdaşı güllələndi
29-03-2015, 16:47
Bakıda qadın “Mercedes” markalı avtomobil qaçırdı.
10-08-2021, 20:58
“Sədərək” Yusifin “Cənnət bağındakı” “Buynuz vannası” – Onu buynuzu kəsilən maralların ahı tutacaq
26-12-2016, 17:25
Prezident İlham Əliyev Zeynəb Xanlarovaya "Heydər Əliyev" ordenini təqdim etdi - FOTO
22-07-2017, 19:23
“Qarabağ” və “Şerif”in şansı bərabərdir” – Aleksey Savinov