Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Əlləriniz titrəyir? – Səbəbləri və müalicəsi
Tarix: 21-04-2018 | Saat: 20:22
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Əllərin qeyri-ixtiyari titrəməsi - əslində Parkinson xəstəliyinin simptomudur. Qəfildən yaranır, çox insanları qorxudur.  Lakin bu xəstəlik əllərin titrəməsinin səbəblərindən yalnız biridir.
Müəyyən dərəcədə əllərin əsməsi normal insan üçün normal haldır. Belə tremor geniş yayılıb.  Fizioloji titrəmə adlanan bu tremoru yaradan və gücləndirən səbəblər çoxdur, əksəriyyəti həyat tərzi ilə əlaqədardır.
1.Yorğunluq - istirahət və yuxu pozulması səhər tezdən insanın əlində titrəmə verə bilər. Xüsusən çay, qəhvə hazırlayanda, stəkan tutanda bu hiss olunur. Bir də axşamlar yatmazdan əvvəl başlaya bilər.
2.Kofein - həddən artıq kofeinli içkilər qəbulu əlləri əsdirir. Sutkalıq doza 300 mü-dan çox olmamalıdır.
3.Stress, həyəcan - psixoloji əsmə verir.
4.Bəzi dərmanlar - hormonal dərmanlar, antidepressantlar, litiy kimi preparatlar əllərin əsməsinə səbəb ola bilər.
ESSENSİAL TREMOR
Əgər yuxarıdakə səbəblər olmadan əllər əsirsə, o zaman vaxt itirməyib həkimə getmək lazımdır. Essensial əsçə xoşxassəlidir, ağır olmayan genetik xəstəlikdir, adətən 50-60 yaşdan sonra başlayır.
Essensial tremorda əgər əllər dinc vəziyyətdədirsə, iş görmürsə əsmir, amma elə ki, hərəkət etməyə, yazı yazmağa, ya fincana su alanda əsməyə başlayır.
Ekspertlər bu növ tremoru sinir sistemini daimi pozulması ilə izah edir, 25 nəfərdən 1-ni tutur və dünyada geniş yayılmış xəstəlikdir. 50 yaşlarında başlaylb, ahı dövrdə güclənə bilər. Əllərlə yanaşı titrəmə səsdə də hiss olunur. Vəziyyət elə də ağır deyil, amma diaqnozun qoyulması çox vacibdir, çünki Parkinson xəstəliyini istisna etmək lazımdır.
Parkinson titrəməsi- hətta sakit halda da ola bilər. Zamanla bədənə sirayət edir, yerişi dəyişir. Üz mimikası az hərəkətli olur, səs isə boğucudur. Belə xəstələr daim fikirli və kədəli görünür.
İstənilən əl titrəməsində müalicə nevroloq tərəfindən təyin olunur


Xəbəri paylaş

1 0748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___