Bu nazirlər vəzifəsini itirdi- Yenilərin adları
Tarix: 21-04-2018 | Saat: 19:47
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyevin təsdiq etdiyi Nazirlər Kabinetinin yeni tərkibində böyük dəyişikliklər olub.
Xəbəraz.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və kənd təsərrüfatı naziri Heydər Əsədov tutduqları postları itiriblər.
Həmçinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bundan sonra həmin vəzifəni icra etməyəcək. Hökumətin yeni tərkibində onun postuna millət vəkili, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev gətirilib.
S.Müslümovun yerinə Sahil Babayev, H.Əsədovun yerinə isə İnam Kərimov təyin edilib.
Bildirək ki, İnam Kərimov Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri, Sahil Babayev isə iqtisadiyyat nazirinin müavini vəzifəsini icra edirdi.
Bundan başqa, Baş nazirin müavinləri Elçin Əfəndiyev və Abid Şərifov da kabinetdəki vəzifələrini itiriblər. Onlardan birinin yerinə Bakı meri Hacıbala Abutalıbov təyinat alıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsini isə bundan sonra Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Rafiq oğlu Nuriyev icra edəcək. Xatırladaq ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsi bu il fevralın 19-u Abbas Ələsgərov vəfat etdikdən sonra boş qalmışdı.
Məlumat üçün bildirək ki, hökumətin yeni tərkibində bir sıra nazir postlarına təyinat hələlik həyata keçirilməyib. Belə ki, səhiyyə, mədəniyyət və turizm, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi nazirləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri hələlik məlum deyil.
Xəbəri paylaş
1 2218 dəfə oxunub.
Digər xəbərlər

16-01-2018, 10:24
Bakıda dilənçi qadını evakuator vurdu
4-06-2017, 17:54
Bu qəsəbədə kişi yoxdur, qadınlar ərlərini qovurlar - FOTO
16-11-2016, 17:36
Ağaxan Abdullayev tanınmaz halda - Foto
27-02-2017, 12:01
Xocalıdan çəkilmiş kadrlara baxan şöbə müdirinin ürəyi partladı
9-01-2020, 14:16
Gəncə hadisələrinə görə həbs edilən 2 nəfər azadlığa çıxıdı
24-07-2015, 12:41
Türk qırıcılarıları İŞİD-a 4 bomba atıb (FOTO)
1-07-2016, 16:18
“Atatürk”ü qana boyayan Çatayev kimdir?
1-11-2017, 19:55
Sumqayıtda 21 yaşlı qız intihar edib. Xərçəng imiş...
6-07-2018, 10:08
Həmkəndlilər bir-birini bıçaqladı
24-03-2019, 22:22
Tikintidə ölüm: 50 yaşlı kişinin ürəyi dayandı