Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yaz depressiyası başladı: Necə qurtulaq?
Tarix: 24-03-2018 | Saat: 11:31
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər



Havaların isinməsi, günlərin uzanması, günəşin daha çox görünməsi, insan bədənindəki bioritimlərin və hormonal balansların kəskin dəyişməsi bahar, yaz depressiyası yaradır. Aprel ayının gəlişi ilə əksər insanlarda bu cür depressiv hal yaşanır.
Bu sözləri həkim-psixiatr Azər Bağırov “Yaz depressiyası” adlanan psixoloji vəziyyətdən danışarkən deyib.
Psixiatrın sözlərinə görə, qışdan yenicə çıxan insanın birdən-birə az yatması, qış rejiminə öyrəşdiyi halda yenidən yaz rejiminə keçməsi onun əhvalına təsir edir:
“Bu aylar hər birimiz üçün eyni enerji və ruh halı ilə keçmir. Bahar havası varkən, insan daha çox yatmaq, yataqdan çıxmamaq istəyir. Hər il baharın gəlməsi ilə başlayan və yaşanan bu duyğu durumu “yaz depressiyası” adlanır. Bu, hər ilin eyni fəslində təkrar olunan üzüntü halıdır. Bu müddət ərzində əsəbilik, yuxu düzəninin pozulması, enerji itirilməsi, iştah dəyişikliyi, cinsi impulsların - yəni cinsi istəyin artması kimi simptomlar özünü büruzə verir. Bu hal 2 həftədən daha çox davam edirsə, demək, bahar depressiyasının təsirinə düşmüsünüz”.
Psixiatrın sözlərinə görə, bu depressiya halı zəif olaraq başlasa da, müəyyən zaman içərisində ağırlaşır:
“Keçici olduğunu zənn etdiyiniz bahar depressiyası qalıcı bir vəziyyət alaraq, mütəmadi bir depressiya halına çevrilə bilər. Bahar depressiyasından tez bir zamanda qurtulmaq üçün yuxudan erkən qalxmaq, su içmək və çoxlu hərəkət etmək lazımdır. Özümüzü bir az məcbur edərək erkən qalxmağa çalışmalıyıq. Beynimizi əvvəlcədən buna hazırlamaq vacibdir”.


Xəbəri paylaş

8598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___