Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bağırsaqların xurma ilə təmizlənməsi. Çox effektli üsul!
Tarix: 19-03-2018 | Saat: 18:12
Bölmə:Karusel / Səhiyyə | çapa göndər


Müasir insanların əksəriyyəti düzgün qidalanmır, azhərəkətli həyat sürür, lazımi miqdarda təmiz su içmir ki, bunun nəticəsində onların bir çoxu müxtəlif bağırsaq problemlərindən əziyyət çəkir - köp, həzm və sovrulma proseslərinin pozulmaları, qəbizlik, bağırsaqlarda müxtəlif ziyanlı maddələrin, nəcis daşlarının yığılması və s.
Bağırsaqların normal fəaliyyəti, onların vaxtında boşalması insan sağlamlığına böyük təsir edir. Bağırsaqlar vaxtında boşalmadıqda, orada ziyanlı maddələr yığıldıqda, bu orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur - bağırsaqlarda yığılmış ziyanlı maddələr yenidən qana sorulur. Xroniki intoksikasiya orqanizmin müxtəlif orqan və sistemlərinə (böyrəklər, qara ciyər, ürək, dəri və s. ) mənfi təsir edir. Xroniki qəbizlik yoğun bağırsağı xərçənginin risk faktorlarından biri sayılır.  Bu səbəbdən xroniki qəbizliklə mübarizə aparmaq, bağırsaqları daim təmizləmək lazımdır.
Bu məqsədlə xurmadan istifadə edə bilərsiniz. Xurma qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqlara süpürgə kimi təsir edir - orada yığılmış ziyanlı maddələri süpürüb aparır. Həmçinin xurma qəbizliyi aradan qaldırır.
Sizə xurma ilə bağırsaqların təmizlənməsi üsulunu təqdim edirik.
Hər səhər acqarına 1 stəkan ilıq su için, yarım saatdan sonra 2 dənə orta ölçüdə olan xurma yeyin. Bu sizin səhər yeməyinizdir. Gün ərzində adi qaydada qidalanın və qida qəbulları arasında 1-2 dənə xurma yeyin. Təbii ki, qidalanmanız sağlam olmalıdır. Həmçinin gün ərzində siz 2 l təmiz su içməlisiniz (buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa).
Bu qayda ilə 10 gün ərzində qidalanmalısınız. Bu bağırsaqların yaxşı təmizlənməsinə, bədən çəkisinin bir qədər azalmasına, üz dərisinin vəziyyətinin yaxşılaşmasına kömək edəcək.


Xəbəri paylaş

8058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___