Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident seçkilərində bu namizədlər mübarizə aparacaq - YEKUN SİYAHI
Tarix: 17-03-2018 | Saat: 21:25
Bölmə:M / Karusel / Gündəm | çapa göndər



Bu gün prezidentliyə namizədliyinin irəli sürülməsi Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənmiş bütün iddiaçılarla bağlı qərar verilib. Bununla da namizədlərin qeydə alınması prosesi başa çatıb. Komissiya onlardan səkkizinin namizədliyini qeydə alıb.

Prezidentliyə namizədliyi qeydə alınan 8 namizəd aşağıdakılardır.

Azərbaycan prezidenti İlham Əliyev - namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Qüdrət Həsənquliyev - namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Araz Əlizadə - namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülüb;

Milli Məclisin deputatı Fərəc Quliyev - namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülüb;
Milli Məclisin deputatı Zahid Oruc - öz təşəbbüsü ilə namizədliyini irəli sürülüb;

Razi Nurullayev - namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülüb;
Hafiz Hacıyev - namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülüb;
Sərdar Məmmədov - Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürüüb.

Qeyd edək ki, MSK 15 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib. Onlardan 8-nin isə prezidentliyə namizədliyi qeydə alınıb.
Xatırladaq ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-nə təyin edilib.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___