Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş yeni film çəkilir
Tarix: 16-03-2018 | Saat: 11:20
Bölmə:Karusel / Gündəm | çapa göndər
Bakı Media Mərkəzi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş bədii-sənədli filmin çəkilişlərinə başlayıb. Heydər Əliyev Fondunun dəstəyi və BP Azərbaycan şirkətinin sponsorluğu ilə hazırlanan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Bakı Media Mərkəzindən verilən məlumata görə, filmin əsas məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin öz son qərarını hansı çətin şəraitdə verdiyini vurğulamaqdır.
Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı ordu, istərsə də bu ordunun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qəti mübarizə əks olunur.
Bu mübarizənin sonu faciəli olsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Filmdə həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Filmin 28 May-Respublika Günü ərəfəsində geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.
Bakı Media Mərkəzi yaradıcı heyət və çəkiliş prosesindən mütəmadi olaraq yenilikləri paylaşacaq.
Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” və digər filmlər yer alır.
Filmin sponsoru olan BP Azərbaycan şirkəti 25 ildən artıqdır ki, Azərbaycanda fəaliyyət göstərir. Bu müddət ərzində BP və tərəfdaşları çoxlu sayda iri sosial investisiya layihələri həyata keçiriblər.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

19-11-2022, 12:53
Rusiyada PARTLAYIŞ - BİNANIN BİR HİSSƏSİ ÇÖKDÜ - ÖLƏNLƏR VAR - VİDEO
2-12-2016, 17:29
ATƏT-in gələcək sədri: "Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir"
21-04-2016, 01:28
20 dollarlıq əskinasın üzərində qadın rəsmi olacaq
24-01-2017, 20:13
Məktəbdə BU DA OLDU: Şagirdlər qadın müəllimi... - VİDEO
23-07-2018, 11:46
Ağdamın işğalından 25 il ötür
16-05-2015, 19:49
Qəbələdə heyətlər bəlli oldu
16-09-2023, 09:06
Qubada zəlzələ olub
12-07-2017, 19:36
3 azyaşlı tutuldu - Maşından oğurluq ediblər
6-02-2017, 10:07
“Xəstəliyimin acığına...” - Zümrüd hər kəsi kövrəltdi