Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Azərbaycanın fenomeni - Bu gün Banişevskinin doğum günüdür
Tarix: 23-02-2018, 12:48 | Saat: 15:47:00
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər

Azərbaycanın fenomeni - Bu gün Banişevskinin doğum günüdür
Hər millətin öz dəyərləri var. Sahəsindən asılı olmayaraq, bu dəyərlər heç vaxt unudulmamalı, yaddan çıxmamalıdır. İllər keçsə də, əsrlər ötsə də, gələcək nəsillər bu dəyərlərdən mütləq xəbər tutmalıdır.
Bu gün Azərbaycan futbolunun ən böyük simalarından biri olan Anatoli Banişevskinin doğum günüdür. Maradona, Messi Argentina, Pele Braziliya, üçün kimdirsə, “Tolik” də bizim üçün eyni dəyərdə əfsanədir. Təəssüf ki, indi yalnız xatırlamaqla kifayətlənirik. Ondan bizə qalan çox az xatirələr var.
Anatoli Andreyeviç Banişevski 1946-cı il fevralın 23-də Bakıda dünyaya gəlib. O, 1964-cü ildən “Neftçi”nin uğurları üçün çalışmağa başlayıb. “Ağ-qaralar”ın heyətində olduğu zaman Rusiya klublarından dəfələrlə təklif almasına baxmayaraq, o, Bakını heç bir şəhərə dəyişməyib. Banişevski “Neftçi”nin 9 nömrəli futbolkasını 1978-ci ilə kimi daşıyıb. Bu müddətdə “Ağ-qaralar”ın heyətində SSRİ çempionatlarında 288 oyunda 121, SSRİ kuboklarında isə 30 oyunda 15 qol vurub.
Əfsanəvi hücumçu 1966-cı ildə “Neftçi” ilə SSRİ çempionatının, SSRİ yığması ilə dünya çempionatının bürünc, 1972-ci ildə isə Avropa çempionatının gümüş medalını qazanıb. SSRİ yığmasında keçirdiyi 50 oyunda rəqib qapılarından 19 top keçirib.
Banişevski məşqçilik fəaliyyətinə 1981-ci ildə doğma klubu “Neftçi”də başlayıb. Bir il “Ağ-qaralar”da çalışdıqdan sonra Mingəçevirin “Avtomobilçi” klubunda (1984-1987), Burkina-Fasonun gənclər yığmasında (1987-1988) və “Kəpəz”də (1988) baş məşqçi olub. O, SSRİ-nin əməkdar idman ustası idi. Müstəqillik dövründə Banişevski “Şöhrət ordeni”ylə də təltif edilmişdi.
Xatırladaq ki, Banişevski mədəaltı vəzi xəstəliyindən əziyyət çəkib. Sonra şəkər xəstəliyinə də mübtəla olub. Təəssüf ki, özü idmançı olsa da, səhhətində ciddi problemləri olub. Xəstəliyi 1979-cu ildə başlamışdı, 1988-ci ildə daha da kəskinləşdi. İynədən dəhşətli dərəcədə qorxurmuş. 51 yaşında o, 70-i haqlamış taqətsiz qocaya bənzəyirdi. Şəkər dişlərini tökmüşdü.
Əfsanəvi futbolçu uzun sürən xəstəlikdən sonra 1997-ci ilin dekabrında vəfat etdi. Banişevskinin ordenini qızına təqdim etdilər. Orden hazır olanda artıq onun sahibi həyatda yox idi. Ona münasibət birmənalıdır: “O, fenomen olub. O, Azərbaycanı heç nəyə - pula, şöhrətə dəyişməyib. Onun kimisi 100 ildə bir dəfə doğulur”.
Həmişə olduğu kimi, yenə dostları, sabiq oyundaşları, ailə üzvləri Banişevskini yad edəcək, onunla bağlı xatirələri bölüşəcəklər. Onun kimi dahini ildə cəmi iki dəfə - doğum və ölüm günündə xatırlamaq çox azdır. Azərbaycan futbolunun vur-tut bir fenomeni var. Onun adına hər hansı futbol turniri təşkil etmək bəlkə də “Tolik”in gələcək nəsillərin yaddaşında qalması üçün yaxşı vasitə olardı.
Ruhun şad olsun, dahi futbolçu!
Pərviz Hikmət

3338 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___