Novruz Bayramı ilə ilaxır çərşənbə eyni gün olacaq? - AÇIQLAMA
Tarix: 20-02-2018 | Saat: 14:15
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Bu il martın 20-nin ilaxır çərşənbəyə təsadüf etməsi bəzi insanlarda çaşqınlıq yaradır. Lakin insanlar bilməlidirlər ki, bu il ilaxır çərşənbə ilə Novruz bayramı günü deyil, bayram axşamı üst-üstə düşəcək”.
Xəbəraz.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Onun sözlərinə görə, fevralın 27-də ilk çərşənbə - Su, martın 6-da Od, martın 13-də Yel, martın 20-də Torpaq çərşənbəsi qeyd olunacaq. Martın 20-si axşam bayram axşamı, martın 21-i isə bayram günü olacaq:
"Azərbaycanda insanlar bayramdan bir gün əvvəl dünyasını dəyişən yaxınlarının qəbri üstünə gedirlər. Buna görə də martın 20-də, yəni bayram axşamı günündə insanlar dünyasını dəyişənlərin qəbri üstünə gedəcəklər. Martın 21-də isə səhər saat 8-də il təhvil veriləcək və yaz fəsli başlayacaq. Həmin gün bayram günü kimi qeyd ediləcək”.
A.Əhmədli qeyd edib ki, ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi az təsadüf olunur. Amma daha nadir rast gəlinən hal ilaxır çərşənbə ilə bayram gününün üst-üstə düşməsidir: “Bu hadisə qərinədə bir dəfə olur. Sonuncu dəfə 2008-ci ildə ilaxır çərşənbə ilə bayram günü üst-üstə düşüb. Bu il ilaxır çərşənbə ilə bayram axşamının üst-üstə düşməsi ilaxır çərşənbənin bayram əhval-ruhiyyəsini zəiflətmir, əksinə daha da gücləndirir”.
Fevralın 20-dən “kiçik çilə”nin başa çatdığını və “Boz ay”ın başladığını xatırladan A.Əhmədli bildirib ki, “Boz ay” 4 çərşənbədən ibarətdir: “Bəzi alimlər Novruz çərşənbələrinin sayının 7 – Su çərşənbəsinə qədər 3 yalancı çərşənbənin olduğunu bildirirlər. Amma Azərbaycanda dövlət səviyyəsində 4 əsas çərşənbə qeyd edilir. Bunlar dünyanın yaranışı üçün vacib olan 4 əsas ünsürdür”.
Xəbəri paylaş
1 9318 dəfə oxunub.
Digər xəbərlər

23-09-2020, 13:15
Akopyan silahla poz verir, Əliyeva isə... - Deyli Sabah
11-02-2016, 17:01
Fahişəni meyitdən ayırmaq üçün xilasedicilər çağırıldı (VIDEO +18)
11-06-2015, 17:32
Erməni əsgər özünü vurub
16-06-2016, 20:20
Borjomini sel basdı
29-09-2020, 13:00
Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
5-12-2016, 14:32
Azərbaycanda 3 yaşlı qız faciəvi şəkildə öldü
26-02-2016, 10:31
İlham Əliyev “Xocalı” abidəsini ziyarət etdi
24-03-2015, 22:15
Şuşanın son görüntüləri
28-05-2018, 12:21
1918-ci illər Azərbaycan tarixində önəmli illərdən biri kimi yazılıb : Aqil Acalov