Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gündəmimiz "Damlanın atasının ölümü,Maralın VİFİSİ..."
Tarix: 18-02-2018 | Saat: 20:26
Bölmə:M / Karusel / Gündəm | çapa göndər


Sən keçmişdə qalmısan?cümləsini son zamanlar çox duymağa başladım.Bəli mən keçmişdə qalmışam.Bilirsiz niyə?
Behbudovlar,Bülbüllər,Rübabə,Şövkət,Müslüm,Məmmədbağır və s. kimi dahi sənətkarların əmanət qoyduğu sənət, əsl ifa,mədəniyyət uçurumdadır.Televiziyalarımızda yayımlayan proqramlara baxmaq olmur.Efirlərimiz toyxana olub,hətta pornoqrafiyanı təbliğ edəcək qədər ucuzlaşıb,mədəniyyətsizləşib.Sponsor tapmaq məqsədilə pul qarşılığında efirlərə çağrılan geyimini,danışığını bilməyən xanım oxuyanlardan tutmuş,evinin,maşınının bahalığını ilə öyünən kişi ifaçılarına qədər dolub daşır..
Damlanın atasının ölümünü şouya çevirərək reytinq qazanan,Maral Tahirqızının həyatını addım-addım izləyən,canlı yayıma çıxartmaqdan ötrü bəhsə girən,"VİFİ","COMMENT"sözlərini millətimizə güldürən xəbər portallarımız,instagram səhifələrimiz var.Demək ki,bunları təbliğ edən bizik ki,sonrada bunlarından şikayət edirik nə haqqla?!.Çox təəsüflə qeyd etmək istəyirəm ki,bizim millətin əksəriyyətidə bunu sevir,izləyir,maraqlanır.Bu qənaətə gəlməyimə səbəb "Dinləyin və zövq alın"postu ilə paylaşdığım ifaların həmçinin digər videoların baxış sayı açıq-aşkar sübutdur.Şou xarakterli xəbərlərə baxış sayı 100 minlərlədisə əsl musiqiyə,sənətə dəyərin qiyməti sadəcə bir neçə mindir..
İndi siz deyin mən keçmişdə qalmaqla səhv edirəm?!dəyərli və əsl sənətkarları ifalarını,şairlərimizi,vətən üçün önəmli şəxsiyyətlərimizi yad etməklə,onların həyat və yaradıcılığını təbliğ etməklə yalnışmı edirəm?
(Rəqsanə Xanmədova)



Xəbəri paylaş

1 1838 dəfə oxunub.

Digər xəbərlər
8-10-2018, 16:06 Yığmamız Çinə uduzdu

bütün xəbərlər
____ Instagram ___