Salyanda ağır qəza: 2 ölü, 2 yaralı
Tarix: 18-02-2018 | Saat: 12:17
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bu gün səhər saat 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Masallı rayonunun Boradigah qəsəbə sakini, 57 yaşlı Babayev Şəmsəddin Əliabbas oğlunun idarə etdiyi 44 BM 994 dövlət nömrə nişanlı "Mercedes Sprinter" markalı mikroavtobus Bakı istiqamətində hərəkətdə olarkən 90 JP 203 dövlət nömrə nişanlı 57 yaşlı Bakı şəhər sakini Natiq İdayət oğlu Əliyevin idarə etdiyi "Nissan" markalı avtokranla toqquşub.
Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Masallı rayon Boradigah qəsəbə sakini Şəbnəm Seydulla qızı Musayeva və həmin qəsəbədən olan digər sərnişin - 18 yaşlı Asif Vaqif oğlu Qardaşov alıdqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - Boradigah sakinləri 50 yaşlı Nurəliyeva Gülzar Firudin qızı və 30 yaşlı Ağarəhimov Amin Həbibulla oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasına terləşdiriliblər. Yuxarı sağ ətrafından ağır xəsarət alan Gülzar Nurəliyeva hazırda əməliyyata götürülüb.
Hadisənin avtokranın ötmə əməliyyatında olarkən onunla eyni istiqamətdə hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində baş verdiyi deyilir.
Faktla bağlı DYP-də araşdırmalara başlanılıb.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

20-04-2016, 11:12
12 metr yüksəkdə ölümlə rəqs - Kəndirbazla söhbət - FOTOLAR
30-08-2022, 12:51
Avqustun son gününün HAVA PROQNOZU
19-06-2022, 12:07
Cəbrayılda ANAMA əməkdaşı minaya DÜŞDÜ
8-05-2015, 15:04
Göyçay rayonunda bir ailənin üç üzvünün yanaraq ölməsi ilə-VİDEO
27-09-2015, 12:12
İŞİD-i rədd edən əmisi oğlunu güllələdi
19-06-2016, 12:10
Davudoğlu ümrə ziyarətinə getdi - Foto
10-07-2015, 11:28
Bu qız bir çox kişinin görə bilməcəyi işi görür - VİDEO
4-08-2017, 17:24
“Qarabağ”ın oyunlarının vaxtı və yeri dəqiqləşdi