MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib
Tarix: 17-02-2018 | Saat: 19:05
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün Mərkəzi Seçki Komissiyası (MSK) daha yeddi nəfərin Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxıb.
APA-nın xəbərinə görə, iclasda prezidentliyə namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Asif Məmmədovun, prezidentliyə namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülmüş Fərəc Quliyevin, prezidentliyə namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülmüş Razi Nurullayevin, prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Həsənovun, prezidentliyə namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası (ASDP) tərəfindən irəli sürülmüş Araz Əlizadənin, prezidentliyə namizədliyi Müasir Müsavat Partiyası (MMP) tərəfindən irəli sürülmüş Hafiz Hacıyevin namizədliyinin irəli sürülməsinin təsdiq edilməsi məsələsinə baxılıb.
MSK katibi Arifə Muxtarova bildirib ki, həmin şəxslərin prezidentliyə namizədliklərinin irəli sürülməsinin təsdiq edilməsi üçün hüquqi əsaslar mövcuddur. Sonra hər bir prezidentliyə namizədin namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsi ayrı-ayrılıqda səsə qoyulub və təsdiq edilib.
Daha sonra prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri qeydə alınıb.
Sonda cari məsələlərə baxılıb.
Xəbəri paylaş
5148 dəfə oxunub.
Digər xəbərlər

20-02-2019, 10:37
Bakıda qardaş bacının qanını tökdü
4-06-2023, 10:33
Bu bürcün yay boyu çoxlu pulu olacaq
14-06-2016, 16:07
Bakıda federasiya prezidentinə qarşı cinayət - Foto
13-05-2017, 10:42
“İslamiada”nın açılış mərasimindən – FOTOREPORTAJ
24-03-2015, 15:40
Dünyanın ən istedadlı 10 insanı
8-03-2023, 18:27
“Şəxsi həyatım mənə aiddir, heç kimə yox” - Gülay Zeynallı
22-05-2019, 16:13
Məşhur müğənni ərinin avtomobil hədiyyə etdiyi qızı döydü
24-12-2015, 10:44
Türk ordusu bu ərazini PKK-dan təmizlədi
14-02-2016, 14:55
NATO Egey dənizində hərbi gücünü artırır