Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Moskvada uşaq bağçasında 4 yaşlı azərbaycanlı qız şaxtadan donaraq ölüb
Tarix: 17-02-2018, 12:00 | Saat: 15:47:00
Bölmə:Karusel / Hadisə | çapa göndər



Əslən İmişli rayonundan olan Zəhra Quliyevanın şaxtadan donduğu bildirilir
Rusiya paytaxtında yerləşən uşaq bağçasında 3 yaşlı azərbaycanlı qız uşağının meyiti tapılıb.
 
APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya KİV-i məlumat yayıb. Məlumata əsasən, hadisə Yeni Moskva adlanan ərazidə yerləşən 2120 saylı uşaq bağçasında baş verib. Bağça tərbiyəçiləri azyaşlıları səhər gəzintisinə çıxarıblar. Daha sonra körpələr səhər yeməyi üçün bağçaya gətirilib. Bir müddət sonra isə tərbiyəçilər qrupda qız uşaqlarından birinin, azərbaycanlı, 2015-ci il təvəllüdlü Zəhra Rzayevanın olmadığını müəyyən ediblər. Onu əvvəlcə bağçanın binasında axtarmağa başlayıblar. Daha sonra isə tərbiyəçilər onu bağçanın həyətində qarın üzərində huşsuz vəziyyətdə aşkar ediblər.
 
Bir versiyaya görə, 3 yaşlı Zəhra gəzinti zamanı qarda yıxılıb və ayağa dura bilməyib. Digər versiyaya görə isə Zəhranın vəziyyəti pisləşib və o yıxılıb, onun yıxıldığını isə heç kəs hiss etməyib.  
 
Faktla bağlı Rusiya İstintaq Komitəsində Cinayət Məcəlləsinin 109-cu maddəsi (Şəxsin peşə öhdəliklərini səhlənkar yerinə yetirməsi nəticəsində ehtiyatsızlıqdan ölümə səbəb olma) ilə cinayət işi açılıb, araşdırma aparılır.
 
Uşaq bağçasının rəhbərliyi və tərbiyəçilər Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu bildirir, tərbiyəçinin səhlənkarlıq etməsini inkar edirlər.  
 
Hadisə bütün Rusiya mətbuatının diqqətində olub.  KİV-də qeyd olunan fərziyyəyə görə, Zəhra tərbiyəçilərin səhlənkarlığı ucbatından çöldə qalaraq donub və həyatını itirib. Tərbiyəçilər onun yoxluğunu çox gec hiss ediblər. Zəhra tapılanda isə artıq gec olub. Təcili tibbi yardım çağırılsa da, körpə artıq keçinib.
 
Zəhranın ölüm səbəbinin "bioloji" olduğunu isə valideynləri qətiyyətlə rədd edirlər. Atası Niyaz Rzayev üç övladının olduğunu, Zəhranın isə ən kiçik övladı olduğunu bildirib: "Zəhra sağlam uşaq idi. Az öncə onu həkim müayinəsindən də keçirmişdik, heç bir problem aşkarlanmamışdı. Bu gün səhər həmişəki kimi anası onu bağçaya aparmışdı. Günorta isə mənə zəng edib bu xəbər verdilər".
 
Rzayevlər ailəsinin yaxınlarının verdiyi məlumata görə, Zəhra Rzayeva Rusiya vətəndaşı olub. Rzayevlər ailəsi əslən Azərbaycanın İmişli rayonundandır.   


3388 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___