Neymarın “qırmızı” etirazı: Bədənim göyərib
Tarix: 23-10-2017 | Saat: 14:03
Bölmə:Karusel / İdman | çapa göndər
“Mənə göstərilən qırmızı vərəqə çox ağır cəza oldu”. Apasport.az saytı xəbər verir ki, bu sözləri PSJ-nin futbolçusu Neymar deyib.
Braziliyalı hücumçu Fransa çempionatının X turunda “Marsel”lə səfər matçında (2:2) meydandan qovulub. “Sambaçı” 33-cü dəqiqədə qolla yadda qalsa da, 87-ci dəqiqədə rəqib futbolçuya sərt etiraza görə, ikinci sarı vərəqə ilə cəzalandırılıb.
Bu haqda xarici mətbuata açıqlama verən Neymar hakimin qərarı ilə razılaşmadığını bildirib. O, həmin epizodda aqressiv davranışını rəqib futbolçuların kobud oyunu ilə əlaqələndirib: “Meydandan qovulmağım ədalətsizlikdi. Hakimin bu qərarı həddindən artıq ağır oldu. “Marsel”in futbolçuları ayağıma tez-tez zərbə endirirdilər. Son olaraq, arxadan zərbə vurdular və əsəblərimi cilovlaya bilmədim, özümdən çıxdım. Bədənim rəqib futbolçuların zərbələrindən göyərib. Buna görə də, meydandan qovulmağım haqsız qərar idi”.
Qeyd edək ki, PSJ “Marsel”lə görüşdə Edinson Kavaninin 90+3-cü dəqiqədə vurduğu qolla məğlubiyyətdən xilas olub.
Xəbəri paylaş
7638 dəfə oxunub.
Digər xəbərlər

25-12-2018, 14:51
MƏHKƏMƏ NƏRMİN ŞAHMARZADƏ BARƏDƏ QƏRAR VERDİ
25-07-2016, 15:59
Ərini öldürən qadının atasından — İLGİNC AÇIQLAMALAR
18-06-2017, 08:55
Günəş ləkələrinə qarşı maska – EVDƏ HAZIRLAYIN
28-07-2016, 16:41
Rus əsgər Gümrüdən qaçıb: ermənilər qorxu içindədir
20-06-2017, 21:13
Gəncəyə güclü dolu düşdü - 126 evə ziyan dəydi - VİDEO
28-05-2016, 20:58
10 müəmmalı türk: Gerçək Polad kimdir? - Video
9-09-2017, 16:57
Partladılan avtoritet kimdir? - "Zona"nın yanındakı qadın məşhur model imiş - FOTOLAR
30-03-2022, 13:28
"11 yaşında ana olmuşam" deyən qadın hər kəsi şoka saldı - VİDEO
5-11-2016, 16:11
“Günəşli”də zəlzələ - Neftçilər təxliyyə olundu