Ana Sayfa > Hadisə > DİN Balakəndəki əməliyyatın fotosunu yayıb

DİN Balakəndəki əməliyyatın fotosunu yayıb


3-04-2015, 11:30. Yazar: Elmir
DİN Balakəndəki əməliyyatın fotosunu yayıb


Polis balakənli “narkobaron”ların görüntülərini yaydı – FOTO
Əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən Balakəndə keçirilən xüsusi əməliyyat zamanı tutulan dəstə üzvlərinin görüntüləri yayılıb.

Xeberaz.az Oxu.Az a sitinadən xəbər verir ki, APA-nın məlumatına görə, görüntülərdə dəstə üzvlərindən müsadirə olunan narkotik, silah-sursat əksini tapıb.

Qeyd edək ki, DİN-nin mətbuat xidmətindən verilən məlumata görə, respublikanın daxili işlər orqanları mütəşəkkil dəstələr tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Balakən rayonunda xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Nazirliyin xüsusi təyinatlı polis qüvvələri də cəlb edilməklə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsi, alqı-satqısı və narkotərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 9 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri saxlanılıb. Balakən sakinləri olan bu şəxslərin 2-si əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunub.

Onların üzərlərinə və yaşadıqları mənzillərə baxış zamanı 2 avtomat, 1 “TOZ-8” tüfəngi, 2 tapança, 1 qaz tapançası, alışqanları ilə birlikdə 8 əl qumbarası, 70-ə yaxın müxtəlif çaplı patron və digər silah-sursat, eyni zamanda, 9,2 kiloqram marixuana və aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş 1800 ədəd çətənə kolu götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının müəyyənləşdirilməsi və başqa cinayətkar əlaqələrinin ifşası üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.










Geri dön