Ana Sayfa > Hadisə > DİN Balakəndə xüsusi əməliyyat keçirib, saxlanılanlar var

DİN Balakəndə xüsusi əməliyyat keçirib, saxlanılanlar var


2-04-2015, 12:11. Yazar: Elmir
DİN Balakəndə xüsusi əməliyyat keçirib, saxlanılanlar var

Xeberaz.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb.

Balakən Rayon Polis Şöbəsindən APA-ya əməliyyatın keçirildiyini təsdiqləsələr də, ətraflı açıqlama verilməyib: “Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq”.
Geri dön