Ana Sayfa > Hadisə > Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək

Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək


29-03-2015, 14:00. Yazar: Xeberaz
Ziya Məmmədov Şamaxıda vətəndaşları qəbul edəcək
Vətəndaşların qeydiyyatı aparılır.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması, mövcud nəqliyyat problemlərinin araşdırılması və həll edilməsi məqsədi ilə nəqliyyat naziri Ziya Məmmədov martın 30-da Şamaxı şəhərində Qobustan və Şamaxı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Xeberaz.az xəbər verir ki, Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı 29 mart 2015-ci il tarixində saat 09:00-dan 18:00-dək müvafiq olaraq aşağıdakı ünvanlarda aparılacaqdır:

- Şamaxı “9 saylı Yol İstismarı İdarəsi” (Şamaxı rayonu, Sabir qəsəbəsi, Pirsaat çay hövzəsi, 115-ci km)

- Qobustan “8 saylı Yol İstismarı İdarəsi” (Qobustan rayonu, Xilmilli yolu)
Geri dön