Ana Sayfa > Hadisə > Qonşu ilə sevgili olmasından şübhələndi, arvadını öldürdü- 62 yaşında

Qonşu ilə sevgili olmasından şübhələndi, arvadını öldürdü- 62 yaşında


25-03-2015, 19:44. Yazar: Xeberaz

Qonşu ilə sevgili olmasından şübhələndi, arvadını öldürdü- 62 yaşında
İsmayıllı rayonunda ölümlə nəticələnən qətl hadisəsi baş verib.


Xeberaz.az xəbər verir ki, rayon prokurorluğundan Anspress-ə verilən məlumata görə, hadisə səhər saat 10 radələrində İsmayıllı rayonunun Qurban Əfəndi kəndində qeydə alınıb.

64 yaşlı kənd sakini Məhəmməd Əhməd oğlu Əhmədov həmkəndlisi 62 yaşlı Allahverdi Sədulla oğlu Rəhimovu və həyat yoldaşı 56 yaşlı Bahar Qəhrəman qızı Əhmədovanı güllələyərək öldürüb. O, ov tüfəgi ilə atəş açıb.

Hadisəni törədən Məhəmməd Əhmədov saxlanılıb. Lakin onun halı pisləşdiyi üçün xəstəxanaya aparılıb. Həkimlər onun infarkt keçirdiyini bildiriblər. Hazırda M.Əhmədov xəstəxanada müalicə alır. Polis nəzarəti altında müalicə alan şübhəlinin vəziyyəti ağırdır.

Araşdırmalar zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Məhəmməd Əhmədov arvadı ilə qonşusunun sevgili olmasından şübhələnib. Çünki o, bir vaxtlar arvadı Bahar Əhməova ilə qonşusu Allahverdi Rəhimovu birlikdə görübmüş. Vaxtilə hansısa səbəbdən bunu araşdırmaq istəməyən qısqanc ər illər ötdükdən sonra haqq-hesab çəkmək istəyib.

Bu səbəbdən də, ov tüfəngilə silahlanıb və səhər-səhər kənddə, ATS kimi tanınan ərazidə camaatla birlikdə oturan Allahverdi Rəhimovun yanına gəlib. Silahı çəkib. “Sən məni ürəyimdən vurdun, indi mənim növbəmdir” deyərək qonşuların yanında Allahverdi Rəhimovu ürəyindən güllələyib.

Daha sonra evə gedən Məhəmməd Əhmədov heç bir söz demədən həyat yoldaşı Bahar Əhməovanı da güllələyib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön