Ana Sayfa > Hadisə > Sabirabad sakini ov zamanı həmyerlisini başından güllələyib

Sabirabad sakini ov zamanı həmyerlisini başından güllələyib


24-03-2015, 17:16. Yazar: Xeberaz
Sabirabad sakini ov zamanı həmyerlisini başından güllələyib
Hadisə Muğan qəsəbəsində qeydə alınıb.

Hacıqabulda ov zamanı bədbəxt hadisə baş verib.

Xeberaz.az -ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə martın 23-də Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.

Sabirabad rayon sakini Xalis Xankişiyev ov zamanı ehtiyatsızlıqdan tüfənglə atəş açaraq, həmyerlisi Rüstəm Səmədova baş nahiyəsindən xəsarət yetirib. Nəticədə R.Səmədov xəstəxanaya yerləşdirilib.

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən X.Xankişiyevdən müvafiq sənədləri olan “İJ-43” markalı ov tüfəngi götürülüb.
Geri dön