Ana Sayfa > Hadisə > Yenə ağır yol qəzası - 12 yaşlı uşaq öldü

Yenə ağır yol qəzası - 12 yaşlı uşaq öldü


25-07-2015, 18:44. Yazar: Xeberaz
Yenə ağır yol qəzası - 12 yaşlı uşaq öldü
Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 14.00 radələrində rayonun Tatlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 2003-cü il təvəllüdlü Böyükkişiyev Elxan İlham oğlu kəndin yaxınlığında yolu keçmək istəyərkən “Hyundai” markalı avtomobil tərəfindən vurulub. Ağır bədən xəsarətləri alan 12 yaşlı uşaq xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.
Geri dön