Ana Sayfa > Hadisə > Lənkəranda intihara cəhd - Özünü quyuya atdı

Lənkəranda intihara cəhd - Özünü quyuya atdı


19-07-2015, 16:18. Yazar: Xeberaz
Lənkəranda intihara cəhd - Özünü quyuya atdı

Lənkəranda 26 yaşlı oğlan intihara cəhd edib.

Rayonun Kərgəlan kənd sakini, 1989-cu il təvəllüdlü Əli Bayramov intihar məqsədilə özünü yaşadığı evin həyətindəki su quyusuna atıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri cəlb olunublar.

Onların səyləri ilə adı çəkilən şəxs quyudan çıxarılaraq Lənkəran Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərildikdən sonra vəziyyəti stabil kimi qiymətləndirilir.

Ə. Bayramovun əsəb pozğunluğundan əziyyət çəkdiyi bildirilir. //APA
Geri dön