Ana Sayfa > Hadisə > Şəmkirdə iki avtomobil toqquşdu - Yaralılar var

Şəmkirdə iki avtomobil toqquşdu - Yaralılar var


19-07-2015, 15:50. Yazar: Xeberaz

Şəmkirdə iki avtomobil toqquşdu - Yaralılar var
Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 2106” markalı avtomobillə “Hyundai” markalı avtomobilin toqquşması nəticəsində “VAZ 2106”-da olan iki nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Onlardan birinə ambulator yardım göstərilib, digər şəxs - Ağcabədi rayon sakini, 1958-ci il təvəllüdlü Məhərrəm Hüseynovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. //APA
Geri dön