Ana Sayfa > Hadisə > Üç qızı maşın vurdu

Üç qızı maşın vurdu


19-07-2015, 15:37. Yazar: Xeberaz
Üç qızı maşın vurdu
Zaqatala Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Muxax kəndində baş verib.

Rayonun Çobankol kənd sakini, 1994-cü il təvəllüdlü İlham Musa oğlu Kərimov idarə etdiyi “VAZ 21154” markalı, 62-BG-559 dövlət nömrə nişanlı avtomobillə Muxax kəndinin mərkəzi ilə hərəkətdə olarkən yolun kənarı ilə gedən piyadalar - rayonun Muxax kənd sakini, 1999-cu il təvəllüdlü Həlimə Murtuz qızı Abakarova, Bakı şəhər Qaradağ rayon sakinləri, 1995-ci il təvəllüdlü Tünzalə Əsəd qızı Əsədova və 2001-ci il təvəllüdlü Məryəm Qəmbər qızı İbrahimovanı vurub.

Xəsarət alan hər üç şəxs Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəsarət alanlardan H. Abakarova xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-stabil qiymətləndirilir.

T. Əsədova və M. İbrahimovanın xəsarətləri yüngül olduğundan onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır./APA
Geri dön