Ana Sayfa > Hadisə > Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA


30-04-2017, 23:47. Yazar: Xeberaz
Gəlinin qohumları toya gələn qonağı bıçaqladı - ZƏRDABDA

Bakı şəhər sakini Zərdabda bıçaqlanıb.
Hadisə bu gün axşam saatlarında rayonun Bıçaqçı kəndində keçirilən toy məclisində baş verib.
Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Zamiq Sərdar oğlu Salikov boğaz və qarın nahiyyələrindən aldığı bıçaq xəsarətləri ilə Zərdab Rayon Mərkəzi xəstəxanasına, oradan isə Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
İlkin məlumata görə, cinayəti törədərək hadisə yerindən qaçan şəxs gəlinin yaxın qohumu, Ağdaş rayon sakinidir. Faktla bağlı araşdırma aparılır.
Geri dön