Ana Sayfa > Hadisə > Bakıda faciə: 27 yaşlı arvadının meyitini tapdı - YENİLƏNİB

Bakıda faciə: 27 yaşlı arvadının meyitini tapdı - YENİLƏNİB


20-04-2017, 12:35. Yazar: Xeberaz
Bakıda faciə: 27 yaşlı arvadının meyitini tapdı - YENİLƏNİB

Dünən Bakının Biləcəri qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. "Xəbəraz.az "-ın lent.aza istinadən məlumatına görə, yaşadığı evin həyətində özünü asaraq həyatına son qoyan 27 yaşlı Xumar Abbasova ailəli olub. Evdar xanım olan X.Abbasova həyat yoldaşı və 2 yaşlı körpəsi ilə birgə yaşayırmış.


Bildirilir ki, X.Abbasovanın özünü asmasından ilk olaraq həyat yoldaşı xəbər tutub. Lakin artıq gec olub. Onun ailədaxili problemlər səbəbindən həyatına qəsd etdiyi ehtimal edilir.


*****



9:38



Bakıda 27 yaşlı qadın intihar edib.


"Xəbəraz.az "-ın Report-a istinadən xəbərinə görə, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.


Qəsəbədəki nömrəsiz evlərdən birində yaşayan 1990-cı il təvəllüdlü Xumar Abdullayeva özünü iplə asaraq intihar edib.


Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.



Geri dön