Ana Sayfa > Hadisə / Dünya / M2 > Prezidentdən təklif: saqqal qadağan edilsin - QAZAXISTANDA

Prezidentdən təklif: saqqal qadağan edilsin - QAZAXISTANDA


20-04-2017, 10:24. Yazar: Xeberaz
Prezidentdən təklif: saqqal qadağan edilsin - QAZAXISTANDA


Qazaxıstan prezidenti Nursultan Nazarbayev gənc oğlanların saqqal saxlamasını qadağan edən qanun layihəsi təklif edib.

Nazarbayev ölkənin dini lideri ilə görüş zamanı məsələni müzakirə edib. O gənc oğlanların saqqal saxlaması ilə yanaşı, qısa şalvarlarına və gənc qızların bütünlüklə qaraya bürünməsinə də qarşı çıxıb.


N.Nazarbayev bildirib ki, saqqal və qısa şalvar Qazaxıstan adətlərində yoxdur: “ Gənclərimiz saqqal buraxır və şalvarlarının ayaqlarını kəsirlər. Bu da savadsızlığın nəticəsidir. Özünü bütünlüklə qaraya bürüyən qızlarımızın sayı artır. Bu, bizim adətlərimizə ziddir. Qazaxıstan xalqı ancaq yaslarda qara geyinir”.


Geri dön