Ana Sayfa > Hadisə > Bərdədə fırtına: sakinlər çətin vəziyyətə düşdü (FOTO)

Bərdədə fırtına: sakinlər çətin vəziyyətə düşdü (FOTO)


2-06-2015, 13:24. Yazar: Xeberaz
Bərdədə fırtına: sakinlər çətin vəziyyətə düşdü (FOTO)
Əsən güclü külək 2 evə ziyan vurub
Xeberaz.az xəbər verir ki, Bu gecə Bərdə rayonunda güclü külək müşahaidə edilib. Külək bir çox fəsadlara yol açıb. gecə saatlarından başlayan külək rayonda elektrik naqillərinə ciddi ziyan vurub. Bəzi evlərin qapı-pəncərələri sınıb.

Güclü külək rayon sakini Vəli Məlikova məxsus evin həyətindəki iri tut ağacını aşırıb. Ağac evin üstünə aşıb. Nəticədə Vəli Məlikovun evinin damı uçub.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Lakin evin damı tamam dağılıb.

Qəza nəticəsində ağan ağac Vəli Məlikovun evilə yanaşı onun qonşusunun evinə də zərər vurub.
ANS PRESS
Hazırda hadisə yerində araşdırma aparılır.




Geri dön