Ana Sayfa > Hadisə > Qaxda telefonla danışan qızı ildırım vurdu

Qaxda telefonla danışan qızı ildırım vurdu


29-05-2015, 01:54. Yazar: Xeberaz
Qaxda telefonla danışan qızı ildırım vurdu
Nurlunun vəziyyəti ağırdır.

Xeberaz.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qax rayonunun Zəyəm kəndində baş verib.

1989-cu il təvəllüdlü Nurlu Səməndər qızı Surxayeva yaşadığı evin həyətyanı sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub.

26 yaşlı Nurlu hadisə yerinə çağırılmış Qax Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinin əməkdaşlarının müşayiəti ilə xəstəxanaya aparılıb.

Qax RMX-dan verilən məlumata görə, N.Surxayeva xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Geri dön