Ana Sayfa > Hadisə > Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.


25-05-2015, 16:42. Yazar: Fehrad
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.




Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində yanğın törədiblər.

Xeberaz.az ANS PRESS-in verdiyi məlumata istinadən xəbər verir ki, ermənilər Tərtər rayonunun işğal altında olan mövqeylərindən Azərbaycan mövqeləri istiqamətində yanğınlar törədiblər.

Yanğın Tərtərin Seysulan kəndi istiqamətində başlayıb. Alovun Azərbaycan mövqelərinin nəzarəti altında olan Qapanlı kəndi istiqamətinə keçməsi təhlükəsi var.

Bu səbəbdən də, əraziyə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və xilasediciləri cəlb olunub.

Qeyd edək ki, Qapanlı kənd sakinləri bildiriblər ki, yanğın zamanı mina partlayışları səsləri də eşidilir.
Geri dön