Ana Sayfa > Hadisə > Ağdamda-Qardaş Bacısını öldürdü

Ağdamda-Qardaş Bacısını öldürdü


21-05-2015, 15:09. Yazar: Xeberaz
Ağdamda-Qardaş Bacısını öldürdü
8-ci sinifdə oxuyan qız aldığı xəsarət nəticəsində ölüb

Xeberaz.az
xəbər verir ki, Azərbaycanın Ağdam rayonunda 8-ci sinif şagirdi yaşadığı evdə ov tüfəngindən açılan atəş nəticəsində ölüb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Xıdırlı kəndində qeydə alınıb. Məcburi köçkün Həsənova Ayşən Hüseynqulu qızı evdə 6 sinifdə Hüseyn Həsənovla birgə olub. İlkin ehtimala görə, uşaqlar evdə oynayarkən H. Həsənovun əlindəki silahdan atəş açılıb və A.Həsənovaya dəyib. Nəticədə A. Həsənova aldığı güllə yarasından ölüb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Geri dön