Ana Sayfa > Hadisə > Xərçəng xəstəliyindən əziyyət çəkən şəxs özünü öldürdü

Xərçəng xəstəliyindən əziyyət çəkən şəxs özünü öldürdü


17-05-2015, 15:18. Yazar: Xeberaz
Xərçəng xəstəliyindən əziyyət çəkən şəxs özünü öldürdü

Şəkidə intihar hadisəsi qeydə alınıb.


Xeberaz.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Şəki şəhəri L. Talstoy küçəsi ev 3/1 ünvanında yaşayan, 1940-cı il təvəllüdlü Fikrət Nux oğlu Qəhrəmanovun meyiti yaşadığı ünvanda asılmış halda yaxınları tərəfindən aşkar edilib.

Hadisə yerinə çağırılmış rayon hüquq-mühafizə orqan əməkdaşlarının araşdırması zamanı 75 yaşlı Fikrət Qəhrəmanovun intihar etdiyi müəyyən olunub.

Məlumata görə, F. Qəhrəmanov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
Geri dön