Ana Sayfa > Hadisə > Gəncədə qəzada ölən azyaşlının valideynləri sürücü ilə sövdələşdi

Gəncədə qəzada ölən azyaşlının valideynləri sürücü ilə sövdələşdi


15-03-2015, 10:32. Yazar: Xeberaz
Gəncədə qəzada ölən azyaşlının valideynləri sürücü ilə sövdələşdi
Polis araşdırmaya başlayıb.

Dünən gün axşam saat 17 radələrində Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə 7-9 yaşlarında olan oğlan meyiti gətirilib.

Xeberaz.az Kəpəz TV-ə istinadən xəbər verir ki, mərhumun valideyinləri oğlanın ağacdan yıxılaraq öldüyünü bildirisələr də həkimlər meyiti tibbi müayinədən keçirib və aydın olub ki, oğlan avtomobil tərəfindən vurularaq dünyasını dəyişib. Dərhal Gəncə şəhər Baş Polis İdarəsinə məlumat verilib.

Hazırda uşağı vuran avtomobilin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri aparılır. Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinin müdiri Cavanşır Əliyev bildirib ki, valideyinlər ekspertizaya bilərəkdən yalan məlumat verməsi bədbəxt hadisədən sonra sürücü ilə onlar arasında sövdələşmədən xəbər verir. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Geri dön