Ana Sayfa > Hadisə > Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.

Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.


2-05-2015, 12:16. Yazar: Xeberaz
Sabirabadda 16 yaşlı yeniyetmə dayısını bıçaqla qətlə yetirib.


Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.


Xeberaz.az xəbər verir ki, Sabirabad polis şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, bu gecə saat 00.00 radələrində Sabirabad rayonunun Yaxa Dəllək kəndində qətl hadisəsi baş verib.

Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini 1999-cu il təvəllüdlü Hacıyev Cavad Cabir oğlu dayısı- həmin kəndin sakini 1972-ci il təvəllüdlü Hacıyev Vüqar Poladxan oğlunu bıçaqlayıb. İkinci xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Hal-hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq əməliyyatı aparılır. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Geri dön