Ana Sayfa > Hadisə > Zaqatalada 49 yaşlı ana özünü öldürdü

Zaqatalada 49 yaşlı ana özünü öldürdü


26-04-2015, 12:31. Yazar: Xeberaz
Zaqatalada 49 yaşlı ana özünü öldürdü
Faktla bağlı cinayət işi başlanıb.

Zaqatalada intihar hadisəsi baş verib.

Xeberaz.az xəbər verir ki, Zaqatala Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. İntiharın səbəbləri həllik məlum deyil.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Geri dön