Ana Sayfa > Hadisə > Ağsuda ağır yol qəzası: 1 ölü, 4 yaralı - VİDEO

Ağsuda ağır yol qəzası: 1 ölü, 4 yaralı - VİDEO


25-04-2015, 13:04. Yazar: Xeberaz
Ağsuda ağır yol qəzası: 1 ölü, 4 yaralı - VİDEO
Polis araşdırma aparır.

Ağsu rayonunda bir nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Xeberaz.az xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 158-ci kilometrliyində, Ağsunun Pirhəsənli kəndi ərazisində qeydə alınıb.

Ağsu sakini, 1974-cü il təvəllüdlü Musayev Elşad Əmircan oğlunun idarə etdiyi 90-XX-279 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn Ağsunun Pirhəsənli kənd sakini, 1979-cu il təvəllüdlü Qurbanov Əfrail Məhəbbət oğlunun idarə etdiyi H024546 nömrə nişanlı “Volkswagen Polo” markalı minik maşını ilə toqquşub.

Hadisə zamanı hər iki avtomobilin sürücüsü, eləcə də sərnişinlər, 1999-cu il təvəllüdlü Valehli Valeh Teymur oğlu, 1973-cü il təvəllüdlü Məmmədova Sevda Zülfü qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Digər sərnişin, 1996-cı il təvəllüdlü Valehli Sərfinaz Teymur qızı aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.


Geri dön