Ana Sayfa > Hadisə > Cəlilabadda 3 yaşlı uşaq boğuldu

Cəlilabadda 3 yaşlı uşaq boğuldu


25-04-2015, 12:54. Yazar: Xeberaz
Cəlilabadda 3 yaşlı uşaq boğuldu


Cəlilabadda azyaşlı uşaq suda boğulub.


Xeberaz.az xəbər verir ki, hadisə rayonun Sabirabad kəndində baş verib. 3 yaşlı Ağalarov Hüseyinin valideynləri təsərrüfat işləri ilə məşğul olduqları üçün onu babasının yanında qoyublar. Baba yuxuya getdikdən sonra nəzarətsiz qalan azyaşlı uşaq evdən çıxaraq kəndin qarşısındakı su hövzəsinə gəlib. Ehtimala görə uşaq ehtiyatsızlıqdan dərədə yerləşən su kanalına düşərək orada boğulub. Azyaşlının valideyinləri isə hadisədən xəbər tutanda artıq gec olub.

Qeyd edək ki, ailənin ikinci övladı olan Ağalar Hüseyinvun gələn ay 3 yaşı tamam olacaqdı. Hazırda faktla bağlı araşdırma aparılır.
Geri dön