Ana Sayfa > Hadisə > Şəkidə avtomobili yol kənarındakı səkiyə çırpıldı İki nəfər öldü

Şəkidə avtomobili yol kənarındakı səkiyə çırpıldı İki nəfər öldü


20-04-2015, 14:08. Yazar: Xeberaz
Şəkidə avtomobili yol kənarındakı səkiyə çırpıldı İki nəfər öldü
Faktla bağlı araşdırma aparılır.

Azərbaycanın Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Xeberaz.az -a verilən məlumata görə, Şəki rayonu, İnçə kəndində (rayon mərkəzindən 15 km aralı) “VAZ” markalı minik avtomobili yol kənarındakı səkiyə çırpılıb.

Nəticədə avtomobilin sahibi 1989-cu il təvəllüdlü Züliyev Orxan Yunis oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Onun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobildə olan sürücü Dəyanət Fəxrəddin oğlu Mustafayev xəstəxanaya aparılarkən yolda keçinib.

Əməliyyat saat 04:01-də başa çatmışdır.

Qeyd edək ki, avtomobil Orxan Züliyevə məxsus olsa da, hadisə zamanı maşını Dəyanət Mustafayev idarə edib.

Faktla bağlı araşdırma aparılır.
Geri dön