Ana Sayfa > Hadisə > Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO

Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO


15-04-2015, 20:48. Yazar: Xeberaz
Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO
Kərimovun sol ayağı amputasiya olunub.

Goranboy rayonun Zeyvə kənd sakini minaya düşüb.

Xeberaz.az -ın APA TV-yə istinadən məlumatına görə, hadisə aprelin 15-də günorta saatlarında Goranboy rayonunun Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttinin yaxınlığında yerləşən Zeyvə kəndində baş verib.

Kənd sakini, 1993-cü il təvəllüdlü Nurlan Müğəddin oğlu Kərimov minaya düşərək xəsarət alıb.

Yaralı dərhal Goranboy rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb.

Nurlan Kərimovun sol ayağı amputasiya olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.



Geri dön