Ana Sayfa > Hadisə > Masallıda “reket” İlqar tutuldu

Masallıda “reket” İlqar tutuldu


8-04-2015, 15:30. Yazar: Xeberaz
Masallıda “reket” İlqar tutuldu
DİN məlumat yaydı.

Aprelin 3-də Masallı rayonunun Təklə kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov həmkəndlisi Çingiz İbrahimovu hədələyərək “Opel” markalı avtomobilini alıb.

Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən bildiriblər.

Məlumata görə, Masallı polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutulub.

Ondan 5,7 qram tiryək götürülüb. Aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də rayon sakini Rauf Hüseynovu da hədələyərək “VAZ-2107” markalı avtomobilini almağa cəhd göstərməsi də müəyyən edilib.

Faktla əlaqədar cinayət işi başlanıb.
Geri dön