Ana Sayfa > Hadisə > 24 yaşlı azərbaycanlı qayçı ilə sevgilisinə xəsarət yetirib

24 yaşlı azərbaycanlı qayçı ilə sevgilisinə xəsarət yetirib


8-04-2015, 00:58. Yazar: Xeberaz

24 yaşlı azərbaycanlı qayçı ilə sevgilisinə xəsarət yetirib
İvanovo şəhərində 24 yaşlı Azərbaycan vətəndaşına qarşı hökm çıxarılıb.
Xeberaz.az İvanov vilayət Prokurorluğunun saytına istinadən xəbər verir ki, o, silah qismində istifadə edilən əşya tətbiq etməklə, insan həyatı üçün təhlükəli olan sağlamlığa qəsdən ağır zərər yetirmə faktı üzrə ittiham olunur.
Məhkəmə müəyyən edib ki, təqsirləndirilən şəxs 4 oktyabr 2014-cü il tarixində, axşam saatlarında kommunal mənzildə olarkən, öz məşuqəsi ilə qısqanclıq zəminində mübahisə edib. Mübahisə zamanı o, masa üzərində olan qayçını götürərək zərərçəkənin qarın nahiyəsinə zərbə endirib.
Vilayət Prokurorluğunun məlumatına görə, məhkəmə Azərbaycan vətəndaşını cəzasını ümumi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə iki il yarım müddətinə azadlıqdan məhrum edib.
Məhkəmənin hökmü qanuni qüvvəsinə minib.
Geri dön