Ana Sayfa > Hadisə > Bərdədə polisləri vurub əzdilər

Bərdədə polisləri vurub əzdilər


7-04-2015, 15:45. Yazar: Xeberaz

Bərdədə polisləri vurub əzdilər
Faktla bağlı cinayət işi açılıb.

Bərdə rayonunda ağır yol qəzası baş verib.

xebeaz.az xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, dünən Bərdədən Ağcabədiyə gedən yolda “VAZ 2107” markalı avtomobil velosipedlə hərəkətdə olan 15 yaşlı oğlanı vurub.

Dərhal hadisə yerinə Bərdə rayon Polis Şöbəsinin əməkdaşları gəlib. Polis əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən başqa bir “VAZ 2107” markalı avtomobil yolda cəmləşmiş şəxslərə çırpılıb.

Nəticədə məlum fakt üzrə araşdırma aparan müstəntiq, polis kapitanı Zaur İsmayılov, post patrul xidmətinin əməkdaşı, serjant Müşfiq Sadıqov və mülki vətəndaş Zaur Sarıyev müxtəlif dərəcəli xəsarətlər alıblar. Z.İsmayılov dərhal təcili tibbi yardım maşını ilə Bakıya göndərilib və əməliyyat olunub.

Müstəntiqi, eləcə də digər şəxsləri vuran avtomobilin sürücüsü saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.
Geri dön