Ana Sayfa > Hadisə > Masallıda dəhşətli qəza: Maşın parçalandı – FOTO

Masallıda dəhşətli qəza: Maşın parçalandı – FOTO


6-04-2015, 12:35. Yazar: Xeberaz

Sürücü hadisə yerində dünyasını dəyişib.

Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Masallıda dəhşətli qəza: Maşın parçalandı – FOTO
Xeberaz.az Cenubnews.com-a istinadən xəbər verir ki, Bakı-Astara yolunun Masallı rayon ərazisindən keçən hissəsində, Musaküçə kəndi dairəsi yaxınlığında, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun idarə etdiyi “VAZ 21011” markalı 44 BH 130 dövlət nömrə nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən əks istiqamətdən gələn “SHACMAN” markalı yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində minik avtomobili deformasiyaya uğrayıb, sürücü hadisə yerində dünyasını dəyişib. Maşında sıxılaraq qalan sürücü, Masallı rayon Musaküçə kənd sakini Talıb Qardaş oğlunun meyiti FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Qəzanın dəqiq səbəbləri isə aparılan avtoekspertizanın rəyindən sonra məlum olacaq.

Qəzadan dəhşətli fotoları təqdim edirik:





Geri dön